Leonardo Di Kaprio rejissor Del Toronun yeni filmində oynayacaq

Dünyaca məşhur oskarlı aktyor Leonardo Di Kaprionun rejissor Qilyermo Del Toronun yeni çəkdiyi filmdə rol alacağı ilə bağlı xəbər yayılıb. Söhbət 1947-ci ildə çəkilmiş “Kabuslar xiyabanı” filmindən gedir. Filmdə Di Kaprio fırıldaqçı qadın psixatırı rolunda oynayacaq. Bu haqda amerikan kino dərgisi “Variety Magazine” xəbər verir.

Oskar mükafatlı rejissor Del Toronun triller janrında çəkəcəyi filmə Di Kaprio “Fox Searchlight” kinokapaniyası vasitəsilə dəvət olunub. Aktyorun təmsilçisi deyir ki, hələ də Di Kaprio ilə danışıqlar aparılır.

“Kabuslar xiyabanı” filmi Del Toronun “Suyun forması” adlı milyardlıq melodramasından sonra daha bir uğuru olacağı gözlənilir. Bu filmə görə rejissor dörd Oskar mükafatı almışdı.