“Liverpul” yenidən lider oldu

İngiltərə Premyer Liqasında 33-cü tura start verilib.

Turun açılış oyununda “Liverpul” “Sauthemton”un qonağı olub və 3:1 hesabı qalib gəlib.

“Suaythempton” – “Liverpul” – 1:3
Qollar:
 Lonq, 9 (1:0), Keyta, 36 (1:1), Salah, 80 (1:2), Henderson, 86 (1:3)

Bu qələbə ilə xalını 82-ə çatdıran Yürgen Kloppun komandası yenidən liderliyə yüksəlib.”Mançester Siti” 80 xalla 2-ci, “Tottenhem” 64 xalla 3-cüdür.