Məşhur Notr-Dam-de-Paris kilsəsi yanır

Parisin mərkəzindəki Notr-Dam-De-Paris kilsəsində bu gün axşam çağı yanğın başlayıb. Binada bu yaxınlarda təmir işləri aparılırdı və ehtimal edilir ki, yanğın da təmir işləri üzündən baş verib. Hələlik yanğında xəsarət alanlar haqda məlumat yoxdur.

Fransanın prezidenti Emmanuel Makron Twitterdə yazıb ki, Notr-Dam kilsəsindəki yanğına görə çox üzünülüb. Makron yanğına görə iş qrafikini dəyişdirməli də olub. O bu gün “sarı jiletlilərin” tələbləri ilə bağlı xalqa müraciət edəcəkdi, ancaq yanğına görə müraciətini edə bilməyib. Amerika prezidenti Donald Tramp yanğını söndürmək üçün yanğınsöndürən təyyarələrdən istifadə etməyi təklif edib.

Xatırladaq ki, Parisdə yerləşən Müqəddəs Ana məbədi, Notr-Dam-De-Paris adıyla məşhurdu. Bu Parisin əsas görməli yerlərindən biridir. Kilsə təqribən 200 il öncə tikilib. Kilsədə bir çox məşhur fransa kralları, həmçinin Napoleon özü də tacqoyma mərasimini keçirib. Hər il bu kilsəni 14 milyon turist ziyarət edir.