“Mançester Siti” “Tottenhem”i udub liderliyə yüksəldi

“Mançester Siti” İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

Komanda 34-cü turda doğma meydanda “Tottenhem”lə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Siti” – “Tottenhem” – 1:0
Qol:
 Filip Foden, 5

Bu qələbə ilə xalını 86-ya çatdıran Pep Qvardiolanın komandası liderliyə yüksəlib. “Liverpul” 85 xalla 2-ci, “Tottenhem” 67 xalla 3-cüdür.

Xatırladaq ki, “Mançester Siti” bu həftə Çempionlar Liqasının 1/4 finalında doğma meydanda “Tottenhem”ə 4:3 hesabı ilə qalib gəlmişdi. Mançester təmsilçisi ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzduğu üçün səfər qoluna görə turnirdə mübarizəni dayandırıb.