Mançester Yunayted-Çelsi: Qalib müəyyənləşmədi

İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub.

Turun son matçında “Mançester Yunayted” və “Çelsi” klubları üz-üzə gəliblər. Çempionlar Liqasına vəsiqə baxımından önəm daşıyan görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran tərəflər meydanı sülhlə tərk ediblər.

28 aprel

“Mançester Yunayted” – “Çelsi” – 1:1
Qollar:
 X. Mata, 11 (1:0), M. Alonso, 43 (1:1)

Qeyd edək ki, bu nəticədən sonra “Çelsi” 68 xalla 4-cü, “Mançester Yunayted” isə 65 xalla 6-cıdır. Turnir cədvəlinə isə 92 xalla “Mançester Siti” başçılıq edir. İkinci pillədəki “Liverpul”un 91, 3-cü sıradakı “Tottenhem”in isə 70 xalı var.