“Mançester Yunayted”də iki itki

Mançester Yunayted

“Mançester Yunayted” itkilərlə üzləşib.

Komandanın kapitanı Eşli Yanq və digər müdafiəçi Lyuk Şou cəzalı duruma düşüb.

Yanq Premyer Liqanın son turunda “Vulverhempton” görüşdə qırmızı vərəqə alıb. Onun ən azı bir oyunu buraxacağı dəqiqdir. Şou isə həmin matçda mövsümdə 10-cu sarı vərəqəni almaqla cəzalı duruma düşüb. 23 yaşlı futbolçu “Vest Hem” və “Everton”la qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.