Messinin son durumu açıqlandı

Çempionlar Liqasının 1/4 finalında “Mançester Yunayted”lə oyunda zədələnən “Barselona”nın kapitanı Lioenel Mesinin son durumu məlum olub.

“Mundo Deportivo” xəbər verir ki, bu gün tibbi müayinədən keçən argentinalı hücumçunun durumunun yaxşı olduğu bildirilib.

Daha əvvəl Messinin La Liqanın növbəti turunda “Ueski” ilə görüşdə meydana çıxa bilməcəyi açıqlansa da, müayinə nəticəsində onun bu matça hazır olacağı bəlli olub.

Xatırladaq ki, “Mançester Yunayted”in futbolçusu Kris Smollinqin dirsək zərbəsi nəticəsində Messinin burun sümüyündə çat yaranıb.