Mühacirlər Azad Həsənov və bütün siyasi məhbusların azad olunması tələbiylə aksiya keçiriblər

Bu gün, aprelin 27-də Almaniyanın Maynz şəhərində müsavatçı siyasi məhbus Azad Həsənovun və bütün siyasi məhbusların azad edilməsi tələbilə yürüş-mitinq keçirilib.

Abzas xəbər verir ki, bu barədə Avropada yaşayan mühacirlər məlumat yayıb.

Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) təşəbbüsü ilə keçirilən aksiyada Azərbaycanın və Müsavat Partiyasının bayraqları, Məhəmmədəmin Rəsulzadənin portreti, Azad Həsənov, Əfqan Muxtarlı, Seymur Həzi və digər məhbusların şəkilləri və müxtəlif şüarlar qaldırılıb.

Aksiya iştirakçıları əvvəlcə Maynz şəhərini mərkəzi küçələri ilə yürüş ediblər. Daha sonra SWR telekanalının binası qarşısında mirinq keçirilib.

Mitinqdə Müsavat AKM-in təmsilçiləri İlham Həsən, Əhməd Cəlaloğlu, Rizvanə Sadıxova, Xeyrulla Balaxanlı və digərləri çıxış ediblər. Çıxışlarda Əliyev hakimiyyətinin repressiya siyasəti sərt tənqid olunub, rejimin bu davaranışının Azərbaycanı uçuruma apardığı vurğulanıb.

Əhməd Cəlaloğlunun verdiyi məlumata görə SWR kanalı aksiyadan reportaj hazırlayıb. Aksiya “Azad TV” və Müsavat AKM-in feysbuk səhifəsində canlı olaraq yayımlanıb.

Almaniyanın Mainz Şəhərində Azad Həsənov və digər siyasi məhbuslara azadlıq tələbi ilə aksiya.SWR kanalı önündə davam edir.

Publicerat av Musavat AKM" Lördag 27 april 2019