“Napoli” və “İnter”dən xal itirdi

İtaliya A Seriyasında 31-ci turun daha 6 oyunu keçirilib.

“İnter” evdə “Atalanta”, “Latsio” “Sassuolo”, “Napoli”  “Cenoa” ilə matçda vacib xallar itirib. “Fiorentina” isə doğma azarkeşləri önündə autsayder “Frazinone”yə uduzub.

Tura sabah keçiriləcək “Bolonya” – “Kyevo” oyunu ilə yekun vurulacaq.

7 aprel

“Fiorentina” – “Frazinone” – 0:1
Qollar:
 D. Çiofani, 84

“Kalyari” – SPAL – 2:1
Qollar: 
P. Faraqo, 3 (1:0), M. Antenuççi, 18-penalti (1:1), L. Pavoletti, 60 (2:1)

“Udineze” – “Empoli” – 3:2
Qollar:
 F. Kaputo, 11 (0:1), R. De Paul, 11 (1:1), 41-penalti (2:2) R. Kruniç, 24 (1:2), R. Mandroqora, 45 (3:2)

“İnter” – “Atalanta” – 0:0

“Latsio” – “Sassuolo” – 2:2
Qollar:
 Ç. İmmobile, 52 (1:0), Rocerio, 57 (1:1), D. Berardi, 89 (1:2), S. Luliç, 90 (2:2)

“Napoli” – “Cenoa” – 1:1
Qollar:
 D. Mertens, 34 (1:0), D. Lazoviç,45 (1:0)

Qeyd edək ki, bu təcilərədən sonra “Napoli”64 xalla 2-ci, “İnter” 57 xalla 3-cü, “Atalanta” 52 xalla 5, “Latsio” isə 49 xalla 7-cidir. Turnir cədvəlinə isə 84 xalla “Yuventus” başçılıq edir.