Qafqaz Müsəlmanları İdarəsi fətva verdi: Ramazan ayı bir həftə sonra başlayır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Fətvada Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamaları əsasında Ramazan ayının başlanma tarixi qeyd edilib.

Fətvaya görə, bu il Ramazan ayının başlanma tarixi miladi təqvimlə mayın 6-na təsadüf edəcək.

Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir.

Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır.