Qazaxıstanda korrupsiyayla mübarizəyə mollalar da cəlb olunur

Qazaxıstanın Dövlət Xidməti və Korrupsiyayla Mübarizə Agentliyi ölkənin Akmolinski rayonunda din adamlarını toplayıb rüşvətxorluqla mübarizədə hökümətə yardımçı olmalarını rica edib. Bu haqda Qazaxıstanda fəaliyyət göstərən “Informburo.kz” xəbər saytı məlumat yayıb.

“Nəzərə alsaq ki, korrupsiya təkcə qanunla deyil, dinin hökmləri ilə də mühakimə edilir, buna görə də antikorrupsiya mədəniyyəti formalaşdırmaq üçün dini ictimaiyyətin köməyinə müraciət etdik. Ümüd edirik ki, yüksək əxlaqilik və din adamlarının nüfuzu xalqın əxlaqını möhkəmləndirməkdə yardımçı olacaq” – deyə Dövlət Xidməti və Korrupsiyayla Mübarizə Agentliyinin departament rəhbəri Berqen Bespalinov bildirib.

Akmolinski rayonunun baş axundu Sabit Kuanış isə öz növbəsində bildirib ki, korrupsiya büdün dinlərdə mühakimə olunur, rüşvətxorluq isə günah sayılır.

Qazaxıstan höküməti din adamlarının antikorrupsiya maarifləndirməsi aparmaları üçün onlara bir il ərzində 300-dən çox seminar keçib. Bu işə 15 min din adamı cəlb olunub. Dindarlar tərəfindən rüşvətxorluğun pislənilməsi işi ölkədə artıq 2 ildir aparılır və ölkənin 2,5 min məscidində bu cür dini söhbətlərlə qarşılaşmaq olar. Bundan əlavə din adamlarına təklif olunub ki, rüşvətxorluqla mübarizə aparmaq üçün messencerlər vasitəsilə xalqa dini mətnlər də yollasınlar.

Qazaxıstanda korrupsiyayla mübarizə üçün çoxlu metodlardan istifadə olunur, bəzən isə onların arasında ekzotik metodlar da olur. Ancaq hakimiyyətin bu cür fəallığı heç də həmişə öz effektiv olmur. Bu ilin fevral ayında dünya ölkələrində rüşvətin səviyyəsini ölçən “Transparency International” təşkilatının hesabatına görə Qazaxıstan korrupsiya qavrama indeksinə görə 180 ölkə arasında 124-cü yerdədir, bu əvvəlki ildəkindən iki pillə geriləmə deməkdir.