Rusiya Avropa İttifaqındakı seçkilərə təsir etmək üçün sosial şəbəkələrdən istifadə edir

Avropa İttifaqı ölkələrinin kəşfiyyat agentliklərinin Rusiyanın mayın 23-26-sı arası baş tutacaq, Avropa Parlamentinə olan seçkilərə təsir göstərmək üçün çalışdığı haqda məlumatlar əldə ediblər.

Almaniyada fəaliyyət göstərən DPA xəbər agentliyi tərəfindən ələ keçirilən kəşfiyyat hesabatlarına görə Rusiya sosial şəbəkələr və “Russia Today” televiziyası kimi vasitələrlə Moskva ilə dost olan, Avropa İttifaqını tənqid edən partiyaları dəstəkləmək üçün istifadə edəcək.

Hesabata görə Rusiya indi daha yeni, az hiss olunan və gizli metodlarla seçkilərə müdaxilə strategiyaları düşünüb. İndi Rusiyanın əsas hədəfi gənclər olacaq. Bəzi hallarda Rusiya təbliğatı sadəcə Avropa Parlamentinə seçkilərin vacibliyini azaldacaq məlumatlar paylaşacaq, bəzi hallarda isə seçicilərin seçkilərə getmək gərəkdiyi fikrini şübhə altına salmağa çalışacaq.

Avropanın yüksək səviyyəli kəşfiyyatçılarının fikrinə görə Rusiya bu dəfə 2016-cı il ABŞ və 2017-ci il Fransa seçkilərindən daha passiv hərəkət edir. Bunun səbəblərindən biri keçmiş rus kəşfiyyat agenti Serqey Skripalın keçən il İngiltərədə zəhərlənməsindən sonda Rusiyanın Avropa üzrə səfirliklərinin 150-dən çox işçisinin Avropa ölkələrindən çıxarılması ola bilər.

Bundan öncə Rusiyanın ABŞ-dakı Prezident seçkilərinə müdaxilə etmək üçün seçkilərədn əvvəl Trampın rəqibi olan demokratların elektron poçt ünvanlarını sındıraraq məlumatlarını xalqa yaydığı ortaya çıxmışdı. Fransada isə Rusiya ifrat sağçı Marin Le Peni dəstəkləmək üçün maliyyə yardımları göstərmişdi.

Rusiya isə DPA agentliyinin iddialarını rədd edib. Rusiya XİN bəyanat yayaraq Avropa İttifaqındakı seçkilərə təsir etmək istəkləri olmadığını bildirib.