Rusiya səhiyyə naziri: “Ruslar əvvəlkinə nisbətən iki dəfə az içməyə başlayıblar”

Rusiyanın səhiyyə naziri Veronika Skvorçov son səkkiz ildə ölkə xalqının alkoqol istehlakının iki dəfəyə qədər azaldığını deyib. Bu haqda Rusiyanın dövlət xəbər agentliyi “TASS” məlumat yayıb.

Statistik məlumatları Səhiyyə naziri bu gün işçiləri ilə yekun iclasında dilə gətirib. O bildirib ki, ölkədə alkoqol istehlakı adambaşına illik 18 litrdən 9,3 litrə düşüb.

“2018-ci ildə adambaşına alkoqol istehlakı 9,3 lire olub, 2011-ci ildə isə bu rəqəm 18 litr idi. Deməli, xalq indi əvvəlkindən təxminən 2 dəfə az içməyə başlayıb” – deyə nazir Skvorçova bildirib.

Nazir həmçinin əlavə edib ki, alkoqolizm üzündən baş verən xəstəliklər də əvvəlkinə nisbətən azalıb. Belə ki, əmək qabiliyyətli kişilər arasında ölüm halları 2012-ci illə müqaisədə 18 faiz azalıb.

Xatırladaq ki, hətta gündə bir porsiya alkoqol belə insult riskini artırır.