Sudanda baş nazir müxalifətdən, prezident hərbçilərdən seçiləcək

Sudanda hakimiyyəti ələ keçirmiş Hərbi Keçid Birliyi ilə müxalifət partiyaları arasında saatlarla keçən danışıqlardan və qarşılıqlı güzəştlərdən sonra ümumi razılıq əldə olunub. Hərbi birliyin üzvü general Yasər Əl Ata görüşlərdə sonra verdiyi bəyanatda yeni yaradılacaq hökümətdə baş nazirin müxalifət partiyalarından, prezidentin isə hərbçilərin arasından seçiləcəyini deyib. Əl Ata onu da əlavə edib ki, “Azadlıq, ədalət və demokratiya əsaslı, sivil bir dövlət qurmaq istəyirik”. Həmçinin, Hərbi birliyin bundan öncə etdiyi açıqlamadakı iki il ərzində hərbçilərin hakimiyyəti tam olaraq mülki siyasətçilərə verəcəyi haqda vədləri də qüvvədə qalır.

Hərbi Keçid Birliyinin rəsmisi Şəmsəddin Kebbaşi müxalifətlə hərbçilərin görüşündən sonra verdiyi açıqlamada milli kəşfiyyat və təhlükəsizlik xidmətlərinin yenidən yaradılacağı vədini verib. Kebbaşi, devrilmiş diktator Əl Bəşirin partiyası olan “Milli Konqres Partiyasının” geçid müddətindəki müzakirələrdə iştirak etməyəcəyini bildirib. Hərbi Keçid Birliyinin rəsmisi hesabatlılığın artırılması, rüşvətxorluqla mübarizənin gücləndirilməsi və ictiami qanunlarda islahatlar ediləcəyini də bildirib. Etirazçılar məhz bu şeylərlə bağlı tələblər irəli sürürdü.

Kebbaşi həmçinin beynəlxalq ictimaiyyətin çağırışlarını da nəzərə alaraq xalqa un, yağ və təbii qazla bağlı yardımlar ediləcəyini də bildirib. Sudanda Əl-Bəşirin 30 illik iqtidarını sona çatdıran mitinqlərin səbəbi məhz yaşayışın bahalılığı idi.

Digər tərəfdən Hərbi Keçid Birliyinin vədləri ilə Sudan xalqı kifayətlənmir. Ölkədə həftələrdir davam edən etirazların təşkilatçısı olan Sudan Profesiyonallar Birliyi iqtidarın dərhal mülki siyasətçilərə verməlisini tələb edib. Birlik həmçinin Əl-Bəşir və onun hökümətinin Milli Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbərlərinin məhkəmə qarşısına çıxarılmasını istəyir. Minlərlə sudanlı hələ də ordu qərargahlarının qarşısında mülki idarəetmənin bərpa edilməsi ilə bağlı mitinqlərini davam etdiri. Mahnı oxuyan mitinqçilər, tələblərini yazdıqları şüarları əllərdinə gəzdirirlər. Siyasi fəallar mitinqlərin hərbçilər hakimiyyətdən gedənə qədər davam etdiriləcəyini bildiriblər. Ordunun bu etirazlara müdaxilə edib-etməyəcəyi hələlik məlum deyil.