Ukrayna seçkilərinin ikinci turu: Zelenski Poroşenkonu geridə qoyur

İndiki prezident Petro Poroşenko və əsas namizəd aktyor Vladimir Zelinski

Bu gün, aprelin 21-i Ukrayna növbəti prezidentini seçir. Prezident seçkilərinin ikinci turu seçici fəallığı ilə müşayət olunur.

Seçkilərin ikinci turunda indiki prezident Pyotr Poroşenko şoumen Vladimir Zelenskiyə qarşı mübarizə aparır. Bu barədə “The Guardian”-ın məqaləsində deyilir.

Seçki başladıqdan az sonra saat 11-də exit-polların apardığı monitorinqlərə görə ilkin nəticə hələ də Zelenskinin xeyrinədir. Belə ki, Zelenski 71,8 faiz, Poroşenko isə 28,2 faiz səs toplayıb.

Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Oleq Konopolskinin verdiyi məlumata görə hələlik prezident seçkilərinin nəticəsini şübhə altına alacaq hər-hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.

Ümumiyyətlə isə MSK-ya indiyə kimi 52 şikayət daxil olub.