Xameneyi hicab əleyhdarı olan feminist fəalı əfv edib

İranda 2017-2018-ci ildə ölkədə keçirilən hökümət əleyhdarı mitinqlərin simvoluna çevrilmiş hicab əleyhsiyasi fəal Vida Movahedi əfv edib. Vidanın vəkili Payam Derafşan “Al Jazerra” telekanalına  deyib ki, 32 yaşlı qızın adı İranın ali dini lideri Ayətullah Xameneyinin əfv etdiyi dustaqların siyahısına salınıb. Vidanın əfvi ilə bağlı İran rəsmiləri heç bir əlavə şərh verilməyib.

Feminist fəal Vida Movahed 2017-ci ilin 29 dekabrında Tehranda hakimiyyətlə razılaşdırılmamış mitinqdə, şəhərin mərkəz yerlərinin birində hicabını başından açaraq çubuğa bağlayıb və hündür bir yerdə dayanaraq əlində yellədib. Bir neçə qadın da ona qoşulub. Son aylarda Vidanın hərəkətini onlarla iranlı qız təkrarlayıb. Onlar hündür bir yerə çıxaraq çubuğa bağladıqları hicablarını havada yelləyiblər. “Hicabını havada yelləyən qız” qısa müddətdə qərb mətbuatında İrandakı hakimiyyətə qarşı mitinqlərin simvolu olub. Vida həmçinin öz ölkəsində qadınların hüquqları uğrunda mübarizə aparan fəal kimi də tanınmağa başlayıb.

Feminist qız mitinqlərdən hardasa bir il sonra 2018-ci ilin noyabrında həbs olunub, 2019-cu ildə isə məhkəmə ona bir illik həbs verib. O “əxlaqsızlığı” cəmiyyətdə yaymaqda ittiham olunurdu.

İran höküməti bununla da kifayətlənməyib, ölkədə qadın hüquqlarını qorumq üzrə ixtisaslaşmış və Vidanı da müdafiə edən hüquq müdafiəçisi Nəsrin Soutedi də həbs edib. Nəsrin Souted hicabını atdığına görə mühakimə olunan bir çox qadının müdafiəsini təşkil etmişdi. Hökümət Nəsrinə 38 il həbs və 148 şallaq cəzası verib. Nəsrin daha sərt cinayətdə, ölkənin milli təhlükəsizliyini zərbə altında qoymaqda və Ayətullah Xameneyini təhqir etməkdə ittiham olunub. Bu ittiham və ona verilən fantastik cəza islam respublikasından kənarda böyük səs-küy doğurdu. Bir çox beynəlxalq təşkilat Soutedin işinə məhkəmədə yenidən baxılmasıyla bağlı İrana çağırışlar edib.

İranda qadınların ictimai yerlərdə hicab taxmaq məcburiyyəti ilə bağlı qanun 1979-cu ildə, İslam inqilabından sonra başlanıb. Hökümət əleyhinə kütləvi mitinqlərə qədər yerli fəallar və hüquq müdafiəçiləri bu qadağanın aradan qaldırılması üçün müxtəlif işlər görüb, ancaq heç vaxt iş mitinqlərə qədər gedib çıxmamışdı. Sonradan isə hökümət əleyhinə keçirilən istənilən mitinqdə mütləq hicab əleyhdarları da fəal iştirak etməyə və hicab məcburiyyətinin götürülməsi ilə bağlı şüarlar səsləndirməyə başlayıblar.