Yığmamız Serbiyaya qalib gəldi

Futzal üzrə Azərbaycan milli komandası ötən gün yoldaşlıq oyunu keçirib. 

Zrenjanin şəhərindəki “Kristal Zal”da Serbiya yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Fineo de Araujo və Sezar Conatan vurub.

Bu komandalar arasında növbəti oyun aprelin 16-da, Bakı vaxtı ilə saat 20:00-da Pozarevaç şəhərindəki idman mərkəzində keçiriləcək.

Əvvəlki məqaləÇin heroindən 50 dəfə güclü sintetik narkotik istehsal edir – ABŞ Dövlət Departamenti
Növbəti məqalədəBraziliya Cənubi Amerika Millətləri İttifaqından çıxır