“Yuventus” uduzdu

İtaliya A seriyasında 32-ci tura start verilib.

Turun açılış oyununda lider “Yuventus” SPAL-ın qonağı olub və 1:2 hesabı ilə uduzub.

SPAL – “Yuventus” – 2:1
Qollar:
 Kin, 30 (0:1), Bonifaçi, 49 (1:1), Flokkari, 74 (2:1)

Bu məğlubiyyətlə xalı 84 qalan Turin klubu vaxtından əvvəl çempionluğu təmin edə bilməyib. “Napoli” 64 xalla (31 oyundan) 2-ci, “İnter” 57 xalla 3-cü pillədə qərarlaşıb.