ABŞ Huawei şirkətinin dünya bazarındakı mövqeyini sarsıtmağa çalışır

ABŞ prezidenti Donald Trampın keçən həftə Amerika şirkətlərinin “milli təhlükəsizliyi təhdid edən” ölkələrədn telekommunikasiya malları almasına qadağa qoyan fərmanı imzalamasından sonra Huaweiyə qarşı yeni bir addım atıldı. Google çin şirkəti olan Huawei ilə əməkdaşlığa məhdudiyyət qoymağa başladıqdan sonra dünya nəhəngi olan şirkətin android cihazlarında ləngimələrin ən aşağı endirilməsinə 90 günlük ara verdiyini bəyan edib. Bu haqda populyar ABŞ qəzeti “Washington post” xəbər verir.

ABŞ Ticarət Nazirliyi yaydığı bəyanatda Googlenin Huawei şirkətinə verdiyi 90 günlük zamanı Trampın imzaladığı fərmandakı qadağanın aradan qaldırılması mənasına gəlmədiyini bildirib. Sadəcə Huaweiyə Amerika şirkətləriylə işləyə bilməsi üçün müvəqqəti lisenziya verildiyi bəyan edilib.

Huawei şirkətinin yaradıcısı Ren Zhengfei isə ABŞ qadağasını şərh edərkən deyib ki, “ABŞ Huawei-nin gücünü endirgəyir. ABŞ siyasətçilərinin mövcud qadağaları gücümüzü ciddi hesablamayıb. Bu qadağalar Huawei-nin 5G xidmətlərinə təsir etməyəcək. 5G texnologiyası ilə bağlı bizim nailiyyətlərimizə yaxın 2-3 ildə heç kim çatmayacaq”.

Qeyd edək ki, dünya telekommunisyasiya şirkətləri arasında yer alan Huawei ABŞ tərəfindən Çin üçün casusluq etməkdə ittiham olunur. Şirkət ABŞ bazarında yeni mobil əlaqə forması olan beşinci nəsil (5G) məlumat ötürücüyünü sahəsində də ilk yerlərdən birinə çıxıb. Çinin texnologiya nəhəngi Huawei bir müddətdir məlumat təhlükəsizliyi məsələsinə görə ABŞ və Almaniyanın  ittihamları və təzyiqləri ilə üz-üzədir.