ABŞ Müdafiə Nazirliyi Rusiyanın nüvə sınaqları haqda qadağanı pozduğunu iddia edib

ABŞ müdafiə nazirliyi Rusiyanın nüvə silahı sınaqları keçirməsi haqda narahatçılığını dilə gətirib. Moskvanın taktiki nüvə silahı sınaqlarını keçirməsi haqda gümanını Pentaqonun kəşfiyyat rəhbəri Robert Eşli ABŞ mediasına bəyan edib.

Vaşinqton Rusiyanın nüvə sınaqlarını keçirməməklə bağlı beynəlxalq razılamşanı pozduğunu iddia edib. Rusiyanın da qoşulduğu müqavilə dünyanın hər yerində bu tip sınaqları qadağan edir.

Robert Eşlinin sözlərinə görə Rusiya razılaşmaya baxmayaraq bu cür sınaqları keçirmək üçün texniki imkanlara malikdir.

Qeyd edək ki, nüvə sınaqları keçirməmək üzrə razılaşma BMT-nin üzvləri arasında 1996-cı ildə bağlanılıb. Müqaviləni 185 ölkə imzalayıb. Səkkiz ölkə isə müqaviləni imzalasa da ratisifikasiya etməyib. Bura ABŞ, Çin və İran aiddir. Rusiya müqaviləni pozduğuna görə 2000-ci ildə bir dəfə cərimələnib.