Azərbaycan Avropanın ən kasıb 10 ölkəsi sırasındadır [siyahı]

Avropa Statistika Təşkilatının məlumatına görə? 28 ölkədən ibarət olan Avropanın əhalisinin 23,7%-i, yəni 118 milyon insan kasıblıqdan əziyyət çəkir. Avropada ən çox kasıb Bolqarıstanda yaşayır, bu ölkədə əhalinin 38,9%-i kasıbdır. Bənzər vəziyyət Rumıniya (35,4%), Yunanıstanda (34,8%) da var.

Kasıblıq səviyyəsinin yüksək göstəricisi siyahısının davamında Latviya (29,6%), Litva (28,9%), İtalya (28,2%), Xorvatiya (27,9%), İspaniya (26,3%), Macarıstan (25,2%) kimi ölkələr yer alır.

Bu haqda “Georgia Online” portalı Avropa Statistika Təşkilatına istinadən xəbər yayıb.

Əhalisinin 20 faizindən çoxu kasıb olan Estoniya, İrlandiya, Kipr, Lüksemburq, Böyük Britaniya və Belçika da siyahıda nisbətən kasıb ölkələr arasındadır. Avrostatın məlumatına görə Avropada ən az kasıb insan İslandiya (12,2%) və Çexiyada (12,2%) yaşayır.

Bununla belə Avrostat kasıblıq həddindən aşağı yaşyan insanlarınd a statistikasını hazırlayıb. Məlumata görə Avropa Birliyində bu göstərici 8,1%-dir. Bu cür insanlara il ərzində bircə həftəlik də olsun tətilə gedə bilməyənlər, bir gündən bir ət, balıq və ya toyuq yeyə bilməyənlər, paltaryuyan yaxud mobil telefon və televizor ala bilməyənlər aiddir.

Avropada kasıblıq həddindən aşağı yaşayan ən az insan İsveçdədir. Orda bu vəziyyət cəmi ölkənin 0,7 faiz əhalisinə aid edilir. Həmçinin Lüksemburqluların da 2 faizi belə vəziyyətdədir. Finlandiyada isə əhalinin cəmi 2,2 faizi kasıblıq həddindən aşağı yaşayır.

Avropada ölkələrin əhalisinin yaşayış vəziyyətini ölçən “Vivdmaps Beynəlxalq mərkəzi”nin məlumatına görə Avropanın ən varlı insanlarının yaşadığı ölkələri arasında ilk yerdə Lüksemburq dayanır. 2018-ci ilin məlumatına görə burda adambaşına düşən milli gəlir 106 min 304 dollardır.

Avropanın 10 ən varlı ölkələrinin siyahısı isə aşağıdakı kimidir:

1. Lüksemburq ($106 374)
2. İrlandiya ($75 538)
3. Norveç ($71 831)
4. İsveçrə ($61 422)
5. San-Marino ($59 466)
6. Hollandiya ($53 635)
7. İslandiya ($51 842)
8. İsveç ($51 475)
9. Almaniya ($50 425)
10. Danimarka ($49 883)

Avropanın ən kasıb ölkələri siyahısının isə Gürcüstan, Ermənistan və Azərbaycan kimi Qafqaz ölkələrinin adları var. Dünya Bankının 2017-ci ildəki hesabatına görə Gürcüstan xalqının 5 faizi gündəlik 1,9 dollardan az maaşa yaşayır. Rumınyada isə xalqın 5,7%-i bu vəziyyətdədir.

“Vivdmaps”-ın məlumatına görə Avropanın ən kasıb ölkələri siyahısının başında Moldova dayanır. Ermənistan bu siyahıda üçüncü, Gürcüstan beşinci, Azərbaycan isə onuncu yerdərir.

Avropada adam başına düşən milli gəlirə görə ən kasıb ölkələrin 10-luğunun siyahısı aşağıdakı kimidir.

1. Moldova ($5 661)
2. Ukrayna ($8 713)
3. Ermənistan ($9 456)
4. Kosovo ($10 515)
5. Gürcüstan ($10 747)
6. Albania ($12 507)
7. Bosniya ($12 724)
8. Makedoniya ($14 914)
9. Serbiya ($15 000)
10. Azərbaycan ($17 492)