Azərbaycan erməni futbolçunun ölkəyə gəlməsinə etiraz etmir

Erməni əsilli futbolçu Henrix Mxitaryanın mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi məsələsinə Gənclər və İdman Nazirliyi münasibət bildirib.

Nazirliyin mətbuat katibi Samayə Məmmədova mediaya açıqlamasında deyib ki, deyilənlər reallığı əks etdirmir.

“Bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib. Odur ki, deyilənlər heç bir reallığa sığmır”.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada “Arsenal”ın rəqibi “Çelsi” olacaq.