Azərbaycanda boşanmaların statistikası: Cütlüklər ilk beş ildə daha çox boşanırmış

Azərbaycan Dövlət Statistika Komitəsi ölkədə bu ilin son üç ayının boşanma hallarının statistikasını yayıb.

2019-cu ilin ilk üç ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 13 191 nikah və 3972 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub. Ümumilikdə Azərbaycanda boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır.

Nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı isə çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.

Boşanmaların səbəbləri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bunun sosial-iqtisadi səbəbləri var, lakin psixoloji amillər də burada rol oynayır.