Azərbaycanlı jurnalist Rusiyada həbs olunub və deportasiya ediləcəyi gözlənilir

Mayın 16-da Moskada azərbaycanlı jurnalist-bloqqer, ictimai fəal və Rusiya azərbaycan diasporasının aktiv üzvü Fuad Abbasov həbs olunub. Bəzi məlumatlara görə onun Rusiyadan deportasiya ediləcəyi gözlənilir. Bu haqda Rusiyanın “Rentv” kanalında reportaj gedib.

Moskvanın Ximkinski rayonunun polisi isə Fuad Abbasovu miqrasiya qanunvericiliyini pozduğu üçün həbs etdiyini bildirib.

Fuad Abbasov hal-hazırda xarici vətəndaşların müvəqqəti saxlanılma düşərgəsindədir. Onun ölkədən deportasiyası ilə bağlı prosedurun artıq başladıldığı da deyilir. Rusiya mediyası Fuad Abbasovu milli zəmində ədavəti qızışdırmaqda ittiham edir.