Bakıda “Amerika filmləri festivalı” keçirilir

Mayın 1-i Bakıda “Park Cinema Fleym Touers”-də ilk “Amerika Film Festivalı”nın açılışı keçirilib.

Festival ABŞ-ın Azərbaycandakı Səfirliyi sponsorluğu ilә keçirilir vә beş gün davam edәcәk.

Festivalın açılış mәrasimindә çıxış edәn ABŞ-ın Azәrbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil bundan mәmnun olduğunu bildirib.

O, qeyd edib ki, sözügedәn festivalmayın 5-ә kimi davam edәcәk vә festival әsnasında hәr axşam müxtәlif filmlәr nümayiş olunacaq.

“Festivalda Amerikalıların sücaәtini, uğur istiqamәtindә göstәrdiklәri canfәşanlığını işığlandıran filmlәr nümayiş olunacaq”, Gil Geyd edib.

ABŞ diplomatı “Park Cinemaya” tәşәkkürünü bildirәrәk vurğuladı ki, filmlәr hәr axşam saat 7-dә nümayiş olunacaq vә biletlәri almaq istәyәn şәxslәr onları ya internetdә ya da kassalarda çox münasib qiymәtlәrlә әldә edә bilәrlәr.

Xatırladaq ki, festivalda 5 film mayın 1-5-də “Park Cinema Fleym Touers”-də nümayiş olunacaq və “İnsan Ruhunun Qüdrətini” nümayiş etdirəcək.