“Çelsi” növbəti rekordunu vurdu

Avropa Liqasınının ilk yarımfinalında səfərdə “Ayntraxt”la 1:1 hesablı heç-heçə edən “Çelsi” yeni rekorda imza atıb.

Xəbərə görə “zadəganlar” turnirdə məğlubiyyətsiz 16 oyun keçirən ilk klub olub.
London klubu bununla “Atletiko”nun rekordunu yeniləyib. Madrid təmsilçisi 2011 – 2012-ci illərdə 15 qarşılaşmada uduzmayıb.

Qeyd edək ki, “Ayntraxt” və “Çelsi” arasında cavab oyunu mayın 9-da “Stemford Bric”də keçirilcək.