Huawei bu il ultra modern 5G televizorı satışa çıxaracaq

Çində yaranmış telekommunikasiya şirkəti “Huaewi Technologies” bu il dünyanın ilk beşinci nəsil internet (5G) texnologiyası ilə işləyən televiziyasını satışa çıxaracağını açıqlayıb.

Bu haqda xəbəri “Nikkei Asian Review” qəzeti yayıb. Qəzet bildirir ki, haqqında bəhs olunan televizorlar 5G modulları və 8K çözümlülüyü olan ekrana sahibdir. Yeni televizorların bir başqa fərqi də odur ki, onun kabelləri olmayacaq. O ətrafındakı bütün cihazrlara bluetooth və wi-fi ilə qoşulacaq.

Yeni televiziyalardakı 8K çözünürlü ekranlar, 1080x yüksək çözünürlü ekranlardan belə 16 qat daha pikselli olacaq. Bu televizorlar satışda olan ən modern texnologiya sayılacaq.

Son illər Huawei yüksək texnoloji məhsulları və xidmətləriylə Apple və Samsung Electroncs kimi dünya nəhəngləriylə rəqabətə girməyi bacarıb. Dünyada smartfon satışına görə keçən il Huawei ikinci sırada olan Apple-ni keçmiş, birinci sıradakı Samsunga isə yaxınlaşmışdı.