Hüquq müdafiəçisi Cinayət Axtarış İdarəsinə çağırılıb

Oktay Gülalıyev

Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) koordinatoru Oqtay Gülalıyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə çağırılıb. Bu haqda Oqtay Gülalıyev özü sosial mediada yazıb.

Hüquq müdafiəçisi 6 Mayda saat 11.00-də idariyə gəlməlidir.

Gülalıyev son zamanlar Gəncə və Tərtər işləriilə əlaqədə həbs olunanları aktiv şəkildə müdafiə edir.

Gülyalev ərəfədə “Repressiyalar və İşgəncələr Əleyhinə Komitə”-nin yaradılması anonsunu verib. Bu məqsədlə hazırlıq işlərini aparmaq üçün 18 nəfərlik işçi qrupu yaradılmışdır.