Hüquqşünas Ənnağı Hacıbəylinin ölkədən çıxışına qadağan götürüldü

Hüquqşünas Ənnağı Hacıbəylinin ölkədən çıxışına qadağan götürüldü.

Hüquq müdafiəçisi öz facebook səhifəsində bu barədə yazıb: “Fevralın 13-də Səbail məhkəməsinin qərarı ilə hesabıma qoyulmuş həbs götürülmüşdü. Bu gün Nəsimi məhkəməsinin qərarı ilə ölkədən çıxışıma qadağan götürüldü. 5 il davam edən qanunsuz məhdudiyyətlərin götürülməsi üçün 20-yə yaxın məhkəmə prosesində hüquqlarımın bərpası üçün mübarizə apardım. Hətta Avropa Məhkəməsinin qərarından sonra da yarım il hüquqlarımı pozdular. Belə bir ölkədə yaşayırıq. Bu ölkə bizimdir, onun cəngəlliyə çevrilməsinə imkan verməyək. Bu günlərdə hüquqları bərpa olunmuş şəxsləri təbrik edirəm, hələ də hüquqları pozulanlara uğur arzulayıram”.