İvanaşvilinin varidatı Gürcüstanın ümumi daxili məhsulunun 34 faizinə bərabərdir

Hər il dünya zənginlərinin siyahısını hazırlayan “Bloomberg” xəbər agentliyinin məlumata görə Gürcüstandakı hakim “Gürcü arzusu” partiyasının rəhbəri Bidzina İvanişivili varidatına görə dünyada 340-cı yerdə qərarlaşıb. Onun hazırda 5.3 milyard dollar dəyərində varidatı var.

“Bloomberg” yazır ki, onun varidatı Gürcüstan ümumi daxili məhsulunun 34 %-nə bərabərdi və təxminən Gürcüstanın ixrac etdiyi bütün məhsulların iki qatına qədərdir.

Xatırladaq ki, bu Gürcüstanda adambaşına düşən illik gəlirdən təxminən 49532 dəfə çoxdu. Xəbərdə həmçinin o da deyilir ki, İvanaşvili bu il öz varidatı 300 milyon dollar artıra bilib. O bu pulla o hazırda ABŞ-da satışda olan evlərin 0.34%- ni ala bilər.

İvanaşvilinin təsis etdiyi partiya 2012-ci ildə Gürcüstanın eks prezidenti Saakaşviliyə qalib gəlib və 2012-2013-cü illər ərzində Gürcüstanın Baş Naziri olub. Bir illik hakimiyyətdən sonra o vəzifəsindən könüllü şəkildə istefa verib.