Koçaryanın keçmiş silahdaşları Saakayan və Qukasyan məhkəmədə onun müdafiəsinə qalxıblar

Dünən İrəvan şəhər məhkəməsində keçmiş Ermənistan prezidenti və Ermənistanın milli qəhramanı Robert Koçaryanın növbəti məhkəməsi baş tutub. Məhkəmə müxtəlif gərginliklərlə müşayət olunub.

Bu haqda erməni qəzeti “Jamanak” məhkəmədən reportajında məlumat yayıb.

Koçaryan keçmiş prezident kimi toxunulmazlığını sübut gətirərək güc strukturlarının ona qarşı ciddi qanun pozuntusu etdiklərini dilə gətirib.

Məhkəmədə iştirak edən Ermənistanın baş prokuroru, ittiham tərəfi olan Artur Davtyan isə Koçaryanı sözlərinə fikir verməyə və hüquq mühafizə orqanlarını qanunsuzluqda ittiham etməməyə çağırış edib.

Baş prokurorun sözlərindən qəzəblənən Koçaryan isə onun sözünü heç kimin kəsməməli olduğunu dilə gətirib.

Baş prokuror Koçaryanı gördüyü ən kobud insan adlandırarkən, Koçaryan prokurorluğun ona qarşı ittihamlarını təkrarən qanunsuz adlandırıb və deyib ki: “İstədiyimi danışacağam və siz də oturub qulaq asacaqsınız”.

Həmçinin, Koçaryanın son məhkəməsində onun Qarabağ müharibəsində silahdaşı olmuş, iki seperatçı lider, qondarma Qarabağ Respublikasının keçmiş və indiki rəhbərləri Bako Saakyan və Arkadiy Qukasyan da iştirak ediblər.

Onlar Robert Koçaryanla bağlı həbs qəti-imkan tədbirinin dəyişdirilməsi üçün zaminlik etmək məqsədiylə məhkəməyə gəldiklərini deyiblər.

Saakyanla Qukasyan Koçaryana zaminlik üçün hərəsi 500.000 erməni dramı miqdarında pulu da girov qoyublar və həmin miqdarda pulu ödədikləri ilə bağlı məhkəməyə qəbz təqdim ediblər.

Ancaq təqdim edilən girov pula baxmayaraq məhkəmə Koçaryanı ev dustaqlığına buraxmayıb.