Kventin Tarantino 25 ildən sonra yeni filmiylə Kann festivalında çıxış edib

Rejissor Kventin Tarantino Kann film festivalında yeni filmini təqdim edib. Film “Bir dəfə Hollivudda” adlanır. Amerika film dərgisi “Variety”nin xəbərinə görə Tarantinonun yeni filmi festivalın tamaşaçılarının marağına səbəb olub. Filmdə hadisələr 1959-cu ildə Los-Ancelesdə baş verir. Filmdə köhnə vestern filmlərinin aktyoru Rik Dalton və onun dublyoru Kliff Butun həyatından bəhs edir. “Variety magazine”nin məlumatına görə film festivalda göstərildikdən sonra altı dəqiqə aralıqsız alqışlanıb. Film avqustdan başlayaraq dünya tamaşaçılarına göstəriləcək.

Qeyd edək ki, Kventin Tarantino Kann kinofestivalında sonuncu dəfə 1994-cü ildə “Kriminal qiraət” filmi ilə iştirak etmişdi. Ondan bəri düz 25 il keçib. Rejissor filmin premyerasından çox razı qalıb. Tarantino ilə bərabər Kann festivalının qırmızı xalçasının üzərindən filmin baş qəhramanları Leonardo Di Kaprio, Bred PitMarqo Robbi də keçiblər.