Məxməri inqilabdan sonra Ermənistan media azadlığına görə 19 pillə irəliləyib

2018-ci ildə Ermənistanda keçmiş jurnalist Nikol Paşinyanın başçılığı ilə baş tutmuş inqilabdan sonra, bu ölkə media azadlığı sahəsində 19 pillə irəliləyib. Bu haqda beynəlxalq media müdafiəçisi olan “Sərhəddsiz reportyorların” illik hesabatında bildirilir.

180 ölkənin media mühitində aparılan monitorinqə görə 2018-ci ildə Ermənistan media azadlığına görə Azərbaycan geridə qoyaraq Gürcüstanla yaxın mövqedə dayanıb, 61-ci yerə çıxıb. Gürcüstan siyahıda 60-cı yerdədir. Azərbaycan isə keçən illə müqaisədə bu il siyahıda üç pillə geriləyib, 163-cü yerdən 166-cı yerə düşüb.

Məsələ ilə bağlı Azadlıq Radiosunun erməni xidmətində danışan İrəvandakı press-klubun rəhbəri Boris Navasardyan deyib ki, Ermənsitanda medianın vəziyyətindəki yaxşılaşma keçən ilin aprelində ölkədə baş vermiş məxməri inqilabla bağlıdır. Belə ki, inqilabdan sonra ölkədə media azadlığı və demokratiya sahəsində yüksəlmə olub. “Hakimiyyətin KİV-ə münasibəti açıq-açığına dəyişib. Əgər əvəllər hakimiyyətin nüfuzlu media orqanlarını, həmçinin televiziyaları nəzarətə almağa çalışması açıq-aydın hiss olunurdusa, bu gün hakimiyyətin informasiya sferasında dominant mövqe tutmağa çalışması hiss olunmur”. – deyə Navasardyan bildirib.