Messi dopinq-testə çağırıldı

“Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasının yarımfinalında “Liverpul”la cavab oyunundan (0:4) dərhal sonra dopinq-testə çağırılıb.

Xəbərə görə, məhz bu səbəbdən o, stadionda jurnalistlərin suallarını cavablandıra bilməyib.

Argentinalı hücumçu təxminən 2 saat dopinq-test otağında qalıb.