Moskvada qəza enişi edən təyyarə yanıb, 41 nəfər həlak olub

Bu gün, mayın 5-i, səhər saatlarında Rusiya paytaxtındakı Şeremeteva hava limanında “Sukhoi Superjet 100” təyyarəsi qəza enişi etmək məcburiyyətində qalıb. Təyyarə Moskvadan Murmansk vilayətinə uçurmuş. Bu haqda Rusiyada çıxan “Komsomolski Pravda” qəzeti məlumat yayır.

Qəza enişi zamanı təyyarənin quyruğu yerə dəyib və təyyarədəki 100 nəfərdən 41-i yanaraq həyatını itirib. Qəzada həlak olanlar məhz təyyarənin quyruq hissəsində oturan sərnişinlər imiş. Qəzada həmçinin bir göyərtə bələdçisi də həlak olub.

Qəzanı araşdırmaq üçün dövlət komissiyası yaradılıb və cinayət işi qaldırılıb.