Paşinyan Medvedevi evində qonaq edib, birlikdə gecə klubuna gediblər

Ermənistanın Baş Naziri Nikol Paşinyan aprelin 29-da Ermənistana rəsmi səfərə gəlmiş Rusiya baş naziri Dmitri Medvedevi evində qonaq edib. O deyib ki, “Ermənistanda ən əzizi qonağı evə dəvət etmək adəti var”. Bu haqda xəbəri prezident dəftərxanası yayıb.

“Mən sizi öz evində qonaq etməkdən şadam. Bizim münasibətlərimiz son illər mütəmadi inkişaf edib. Bu o demək deyil ki, aramızda fikir ayrılıqları yoxdur. Biz münasibətlərimizi maksimal dərəcədə istiləşdirmiş və yeni mərhələdə davam edirik” – deyə Paşinyan Medvedevlə qonaqlıqda bildirib.

Bundan sonra Ermənistan və Rusiyanın Baş nazirləri Nikol Paşinyan və Dmitri Medvedyev gecə saatlarında Yerevanda olan gecə klublarından birinə baş çəkiblər. “Club 12” adlanan klubun sahibi Narek Manukyan news.am saytına deyib ki, yüksək vəzifəli qonaqlar desert sifariş verib, paxlava yeyib və hətta məşhur olan pop mahnılardan birinin cover versiyasının sədaları altında rəqs də ediblər: “Onlar əvvəlcədən masa sifariş etməmişdilər, təsadüfən kluba daxil oldular. Onlar klubda, təxminən 2 saat vaxt sərf etdilər”.

“”Project 12″nin mahnıları onların çox xoşuna gəldi, hətta onlar rəqs də etdilər. Atmosfer olduqca mehriban və pozitiv idi. Hər şey çox sadə idi. Onlar qeyri-rəsmi geyimdə idilər” – Manukyan bildirib.