Qədim Bakıda bir yox, iki qala divarı varmış, Qız qalası yarıuçuq tikiliymiş

Tarixdən məlumdur ki, Bakının naməlum rəssamlar tərəfindən çəkilmiş çoxlu sayda rəsmləri qalıb.

Bu rəsmlərdən şəhərimiz haqda çox maraqlı faktları öyrənə bilirik. Məsəlçün 1855-ci ildə çəkilmiş Bakı mənzərəsində “Qız qalası” yarıuçuq tikili kimi görünür. Ola bilər o dövrdə ya “Qız qalası” hələ təmir olunmamış, ya da bir hissəsi Xəzər dənizinin suları altında qalıbmış.

Həmçinin, köhnə rəsm əsərlərindən məlum olur ki, İçəri şəhərin ətrafında bir yox, iki qala divarı uzanırmış. Həmin unikal rəsmdən həm də rəssamın indiki Çəmbərəkənddən dayanıb rəsm çəkdiyini öyrənirik.

Bakı, 1850-ci illər. Naməlum rəssam tərəfindən çəkilmiş qravür.

 

Bakı, 1855-ci il, Qız qalası.

 

 

1889-cu il, Bakı ətrafı kəndlər.

 

1880-ci il, II Aleksand adına sahil bağı.

Həmçinin, qədim Bakının əllə çəkilmiş qravürlərini XIX əsrdə tez-tez dünya qəzet və jurnallarında görmək mümkün idi, məsəlçün, onlardan biri  aşağıda verilmiş rəsmdir və «Scientific American» dərgisində, 1892-ci ildə çap olunub.

Bakı 1892-ci il. “Scientific American” dərgisində.

Rəsmlər, “Qədim Azərbaycanın rəsmlər” və “Azərbaycan xaricilərin gözü ilə” kolleksiyalarının bir hissəsidir və Olqa Bulanova tərəfindən yayılıb.