Siyasi məhbusların məhkəmə çıxışlarından ibarət kitab təqdim edilib [Fotosessiya]

Mayın 23-də D18 Hərəkatının təşkilatçılığı ilə hazırlanan “Son söz” kitabının təqdimat mərasimi keçirilib.

Kitab son on ildə 62 nəfər (onlardan 20 nəfəri həbsdə və həbdən sonra vəfat edib) həbsdə olmuş siyasi məhbus kimi tanınan şəxslərin məhkəmələrdə son sözlərini və onlar haqqında qısa məlumatları əhatə edir.

Nəşrdə jurnalistlərin, blogerlərin, yazıçıların, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi şəxslərin, inanclı insanların, həbsxanada vəfat etmişlərin və həbsdən azad edildikdən sonra vəfat edən onlarla siyasi məhbusun çıxışı dərc edilib.

Hazırda kitabın ingilis dilində nəşri çapa hazırlanır.