Təbrizin tarixi bazarında baş vermiş yanğında yüzə qədər mağaza zərər çəkib

Mayın 8-dən 9-na keçən gecə Təbrizin tarixi üstü örtülü ikiqapılı bazarında yanğın baş verib, hadisə nəticəsində xəsarət alanlar var.

Bu barədə Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Mayın 8-dən 9-na keçən gecə Təbrizin tarixi üstü örtülü ikiqapılı bazarında yanğın baş verib, hadisə nəticəsində xəsarət alanlar var.

Bu barədə Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya məlumat verib.

“Gecə saat 22:30-da Təcili Tibbi Yardım Mərkəzinə məlumat çatıb. Bundan sonra hadisə yerinə 4 ambulans göndərilib. Yanğın zamanı 26 nəfər xəsarət alıb, onlardan 2-i xəstəxanaya çatdırılıb, qalanlarına isə yerindəcə ilkin tibbi yardım göstərilib.”- deyə o bildirib.
“Fars” xəbər agentliyi yanğının yerli vaxtla saat 17:30 radələrində baş verdiyini bildirib. Qeyd olunub ki, yanğın əsasən kosmetika və geyim satılan mağazalara ziyan vurub.
Məlumata görə, yanğınsöndürən maşınlar hadisə yerinə gec çatdığı üçün ətrafdakı bir çox mağazanı alov bürüyüb, ona görə də yanğını cümə axşamı günü sübh saat 4 radələrində söndürmək mümküb olub.

“İsna” xəbər agentliyi yanğın zamanı 100 mağazaya ziyan dəydiyini bildirib, lakin bəzi mənbələr ziyan görən mağazaların sayının daha çox olduğunu bildirir.
Baş verən yanğının söndürülməsinin bu qədər gecikməsinə mağaza sahibləri kəskin etiraz bildirib.

Qeyd edək ki, sözügedən bazarda vaxtaşırı yanğın baş verir. 10 il əvvəl həmin bazarda baş verən yanğında mağaza sahiblərinə külli miqdarda ziyan dəymişdir. Mayın 8-dən 9-na keçən gecə Təbrizin tarixi üstü örtülü ikiqapılı bazarında yanğın baş verib, hadisə nəticəsində xəsarət alanlar var.