Alman bankı Venesuelanın 20 ton qızılını müsadirə edib

Alman Bankı “Deutsche Bank” Venesuelaya məxsus 20 ton qızılı müsadirə edib. “Bloomberg” xəbər agentliyinin məlumatına görə bank bunu ödənməmiş kreditlərə görə, bu il iyunun 4-də etməyə qərar verib.

“Deutsche Bank”ın 2016-cı ildə Venesuelayla bağladığı kredit müqaviləsinə görə, bank bu ölkəyə 750 milyon dollar ödəyib və krediti 20 ton qızıl girovu qarşılığında ödədiyini bəyan edib. Müqaviləyə görə kreditin geri qaytarılma müddətinin 2021-ci ildə bitməyinə baxmayaraq rəsmi Karakas kredit faizlərini ödəməyib.

Özünü Venesuelanın müvəqqəti prezidenti elan etmiş Xuan Quaydo bankdan qızıl qarşılığında 120 milyon dollar tələb edib. Çünki, bu 20 tonluq qızıl bankın borcunu artıqlaması ilə qarşılayır və yerdə qalan məbləğı bank Venesuelaya geri qaytarmalıdır. Bundan əlavə Quaydo deyib ki, bank 120 milyon dolları ölkənin indiki ikinci rəhbəri Nikolas Maduronun əlinin çatmayacağı hesaba köçürməlidir.

Xatırladaq ki, bundan əvvəl də Maduro höküməti 2019-cu ildə ABŞ-ın Citigrop bankına 1,1 milyard dollar krediti ödəyə bilməmişdi. Həmin kreditin də qarşılığında bu ölkəyə qızıl girovu qoyulmuşdu.