“Azərbaycan Xalq Hərakatı” yürüş-mitinqi keçirmək haqda qərar verib

Azərbaycan Xalq Hərəkatı (AXH) mitinq-yürüş keçirilməsi barədə qərar qəbul edib. “Qarabağa azadlıq”, “Azad seçkilər” şüarı altında aksiyanın iyulun 20-də keçirilməsi nəzərdə tutulur. Yürüşün “Amay” Ticarət Mərkəzindən Xətai rayon İcra hakimiyyətinin binasına qarşı keçirilməsi nəzərdə tutulur.

AXH-nin İdarə Heyətinin üzvü Ağasif Şakiroğlunun Turan-a verdiyi məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinə aksiya keçirmək niyyəti haqqında bildiriş göndərilib.

İndiyədək hakimiyyət bu ictimai qurumun heç bir kütləvi aksiyasına icazə verməyib.

* AXH 2019-cu il yanvarın 26-da təsis edilib. Keçmiş DİN başçısı İsgəndərHəmidovun təşəbbüsü ilə təsis edilmiş quruma Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli-Demokrat Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (İqbal Ağazadə), Demokrat Partiyası (Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (Əli Əliyev), Ağ Partiya (Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (Elşad Musayev), bir sıra digər kiçik partiyalar, habelə ictimai fəallar və ziyalı nümayəndələri qoşulub.