Azərbaycanda dörd ayda 5 min 562 boşanma rəsmiləşib

Azərbaycan əhalisinin sayı 2019-cu ildə 0,3 faiz artaraq mayın 1-nə 10 milyon 6 min nəfəri ötüb.

Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri yanvar-aprel ayları ərzində 44741 doğulan körpə qeydə alıb. Onların 53,5 faizi oğlan, 46,5 faizi qız uşaqlarıdır.

2019-cu ilin yanvar-aprel aylarında ölkədə 20 min 135 ölüm halı, 18 min 273 nikah, 5 min 562 boşanma rəsmiləşib.

Dörd ayda Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları daimi yaşamaq üçün 550 nəfər gələn, 464 nəfər gedən qeydə alıb.