AZAL Bakdan Dehliyə birbaşa uçuşlara başlayır

AZAL 25 iyundən etibarən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri – Dehliyə müntəzəm və çarter reysləri həyata keçirməyə başlayacaq. 

Bu barədə şirkətdən açıqlama yayılıb. Məlumata görə, AZAL-ın reysləri həftədə bir dəfə – çərşənbə axşamı günləri olmaqla “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək.

Açıqlamada deyilir ki, bu ilin payızından etibarən isə uçuşların sayı həftədə iki dəfəyə kimi artırılacaq. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.

Bundan əvvəl Bakıdan Nyu-Yorka olan birbaşa uçuşları sentyabr ayında dayandıracağını açıqlayıb.

Buna səbəb kimi, ABŞ-ın təyyatə istehsalı bazarında yaranan problemlərlə bağlı AZAL-ın təyyarə parkını genişləndirə bilməməsi göstərilib.

Şirkətdən açıqlama verilmişdi ki, Nyu-York reysinin əvəzində daha səmərəli istiqamətlərə uçuşlara başlanacaq.