Bill Qeyts: “Android sisteminə inanmamaqla ən böyük səhvimi etdim”

‘Microsoft’un qurucusu Bill Qeyts son müsahibəsində şirkət, brend yaratmağın çətinliklərindən danışıb.

Milyarder şirkət qurub məhsulu brendə çevriməyin yolları ilə bağlı nüfuzlu “Bussines Insider” dərgisinin suallarını cavablandırıb.

Söhbət zamanı Bill Qeyts həm də kariyerasında etdiyi ən böyük səhvini də dilə gətirib.

Onun sözlərinə görə, bu səhv dünyanın ən populyar mobil əməliyyat sistemi olan ‘Android’in hazırlanması təklifinə ‘Microsoft’-un isti yanaşmaması və nəticədə bu işin Google tərəfindən yerinə yetirilməsində imkan vermək olub.

Milyarder deyib ki, əgər vaxtında telefonlar üçün özünün ‘Microsoft’ əməliyyat sistemi kimi uğursuz bir sistemi yaratmaq arzusuna düşməyib Androidin arxasınca getsəydi, indi onun kompaniyasının dəyəri 400 milyard dollardan çox idi.

“Mənim həyatda ən böyük səhvim ‘Microsoft’-un indiki ‘Android’in yerini tutmasıdır” – deyə Qeyts bildirib.

Qeyts həm də Androidi smartfonlar üçün rahat və universal əməliyyat sistemi adlandırıb. Onun fikrincə əgər vaxtında Androidi hazırlamağı öz şirkəti üzərinə götürmüş olsaydı, indi bazarda ‘Google’-a çox asanlıqla qalib gəlmişdi.