Bundan sonra ABŞ-a viza almaq istəyənlər sosial şəbəkədəki hesabını göstərməli olacaq

Bundan sonra ABŞ-a viza almaq istəyənlər sosial şəbəkədəki hesabı barəsində də məlumat verməli olacaq.

Bu haqda qərarı Donald Trampın administrasiyası iyulun 1-də verib. Məsələ ilə bağlı Bloomberg agentliyi məlumat yayıb.

“ABŞ-a viza almaq istəyən şəxs anket doldurarkən sosial şəbəkədə hesabı olmadığını bildirə bilər, ancaq əgər sonradan onun hesabı aşkarlanarsa bu ciddi immiqirasiya pozuntusu sayılacaq” – deyə ABŞ dövlət departamenti bəyanatında bildirib.

O əlavə edib ki, “Bizim müşahidəmizə görə son illər terrorçu fəaliyyət üçün əsas meydan sosial şəbəkə olub”.

Xatırladaq ki, hər il 50 min insan ABŞ-a getməyə imkan verən green-card loterayası udur.

2018-ci ildə isə ABŞ konqressinə respublikaçıların təklif etdiyi qanun layihəsinə görə green-card lotereyası ləğv olunmalı və sərhəddlər daha ciddi qorunmalıdır.

Həmçinin qanun Meksika ilə sərhəddə divar çəkmək üçün maliyyə ayırılmasını nəzərdə tuturdu.