“Çernobl” serialı qəzanın baş verdiyi şəhərə turist axınına səbəb olub

Bu ilin may ayında premyerası baş tutmuş ABŞ-ın HBO telekanalının istehsal etdiyi “Çernobl” serialı ağlasığmaz şöhrət qazanıb. Serial ekranlara çıxdıqdan sonra serialda hadisələrin baş verdiyi Çernobl şəhərinin tərk edilmiş xarabalıqlarını görmək istəyən turistlərin sayı sürətlə artmağa başlayıb.

Çernobla turist daşımaqla məşğul olan tur agentliklərinin birinin “Reuters” agentliyinə verdiyi məlumata görə “Çernobl” serialı efirə çıxdıqdan az sonra onlara yer sifariş verən turistlərin sayı 40 faizə qədər artıb.

Qeyd edək ki, Çernobl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın bu ilin aprel ayında 33 ili tamam olur. Qəza elektrik stansiyasının 4-cü blokunda aparılan uğursuz eksperimentdən sonra baş vemiş və böyük bir ərazi qəza ucbatından nüvə çirklənməsinə məruz qalmışdı.

HBO-nun çəkdiyi serialda elə AES-də baş vermiş qəza nəticəsini aradan qaldırmaq üçün aparılan böyük miqyaslı əməliyyatlardan və qəza ilə bağlı cinayət tədqiqatından bəhs olunur.

Qəzadan sonra 31 nəfər həlak olmuş və on minlərlə insan vətənlərini tərk etməyə məcbur qalmışdı. Beloruslu araşdırmaçıların hesabaına görə Çernobl qəzasında sonra 115 min insan xərçəng xəstəliyindən vəfat edib. Lakin, Dünya Səhiyyə Təşkilatının qiymətləndirməsində görə qəza nəticəsində cəmi 9 min insan ölümcül şüalanmaya məruz qalıb.