DİN və DTX rəhbərləri vəzifədən azad olunub başqa posta təyin edildilər

Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri, Mədət Quliyevin isə DTX rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb. Məlumata görə, general-polkovnik Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Onun yeni vəzifəsi isə  Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Prezidentin digər sərəncamı ilə general-polkovnik Mədət Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Başçısının digər sərəncamı ilə Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin başçısı təyin edilib.