DİN və Prokurorluq marafonu küçə yürüşündən ayırd edə bilməyiblər

Əli Kərimli

Əli Kərimlinin saxlanılmasından bir neçə saat sonra DİN və Baş Prokurorluq bəyanat yayıb.

Sənədin mətni hakimiyyətin xeyriyyə marafonuna küçə yürüşü hesab etdiyi haqqında təxminləri təsdiq edib.

Belə ki, sözügedən məlumatda deyilir ki, iyunun 28-də AXCP lideri Əli Kərimli Müsavat Partiyasının ofisi qarşısında “qanunsuz yürüş” keçirməyə cəhd edib.

“Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış mitinqlər keçirmək cəhdləri “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun pozulması deməkdir. Bununla bağlı Əli Kərimliyə xəbərdarlıq edilib və o, sərbəst buraxılıb”, deyə məlumatda bildirilir.

Beləliklə, hakimiyyət rəsmi olaraq təsdiq edib ki, vəsait yığılması üzrə marafonla küçə yürüşü arasındakı fərqi anlamır.