Dünya bazarında neftin qiyməti daha 3 faiz aşağı düşüb

Gas flaring

İnvestorların ABŞ-ın neft ehtiyatlarının azalması ilə bağlı narahatlığı üzündən dünya bazarında neftin qiyməti 3 faizə qədər azalıb. Bu haqda “RİA – Novosti” xəbər agentliyi məlumat yayıb.

Xəbərə görə günorta 12-dən sonra WTI və Brent markalı neftlərin qiyməti keçən aydakına nisbətən 3 faizə qədər azalmağa başlayıb.

Hal-hazırda dünya bazarında WTI markalı neftin bir bareli 51,7 dollar, Brent markalı neftinki isə 60,61 dollara çatıb. Bundan öncə ABŞ Enerji Nazirliyi də neftin qiymətinin 2019-cu ildə aşağı düşəcəyini proqnozlaşdırmışdı.