Elif Şafak yeni romanıyla bağlı pedofiliya ittihamlarına cavab verib

Tanınmış yazıçı Elif Şafak bu yaxınlarda onun “Məhrəm” adlı romanında uşaq zorakılığı və pedofiliyaya haqq qazandırdığı iddiasıyla sosial şəbəkədə ona qarşı başladılan kampaniya haqqında “BBC türkçəyə” danışıb.

Şafak deyib ki, mənim yazdıqlarımı oxumadan sağda-solda haqqımda danışırlar. Mən ədəbiyyatçı olaraq qurbanın yanında dayanıram, onun gözündən baxaraq ifadə edirəm vəziyyəti. Pedofiliyaya haqq qazandırmaqdan söz belə gedə bilməz.

Yazıçı deyib ki, bu cür linç kampaniyalarının ən narahatverici tərəfi odur ki, bu kampaniyalar sonradan senzura və özünüsenzuraya aparıb çıxarır.

Qeyd edək ki, türk jurnalist və yazıçı Elif Şafakın bundan öncəki romanında “10 dəqiqə 38 saniyə” də Tekila Leyla adlı bir seks işçisinin cəmiyyətdən diskriminasiyasından bəhs olunurdu və ölkədə səs-küy oyatmışdı. E. Şafak romanından Türkiyənin yalnızlaşdırdığı bir qadının hekayəsi – deyə bəhs edirdi.